bookmate game
Frederik Beqbeder

99 Frank

Berätta för mig när boken läggs till
För att kunna läsa den här boken överför filer i EPUB- eller FB2-format till Bookmate. Hur laddar jag upp en bok?
  • Akram Alishovhar citeratför 4 år sedan
    Hər şey müvəqqətidir: sevgi, incəsənət, Yer planeti, siz, mən. Ölüm elə labüddür ki, o, hər zaman hamını qəfil yaxalayır. Bu günün son gün olmadığını necə bilmək olar? Qarşıda sizi uzun zamanın gözlədiyini düşünürsünüz. Və sonra gözlənilmədən dibə çökürsünüz, zamanınız bitdi. Ölüm qeyd dəftərçənizə yazmadığınız yeganə görüşdür.
  • Xuraman Memmedovahar citeratför 5 år sedan
    «Söz yox ki, yeni totalitar rejimlərin köhnə rejimlərə bənzəməyi heç də vacib deyil. Hakimiyyətin dəyənək və güllələnmə, süni aclıqlar, həbslər və kütləvi sürgünlər hesabına idarə olunması nəinki vəhşilikdir (indiki zamanda bu, çox adamı narahat etmir), həmçinin səmərəsizdir – bunu sübut etmək də olar – qabaqcıl texnologiyalar erasında isə səmərəsizlik Tanrı qarşısında böyük günahdır. Sözün əsl mənasında, «səmərəli» totalitar dövlətdə siyasi rəhbərlərin icraçı komitəsi və onun müdirlər ordusu kölə əhalini heç bir şeyə vadar etməzdi, ondan ötrü ki kütlə öz köləliyini sevəcəkdi. Köləliyi ona sevdirmək – çağdaş totalitar dövlətlərdə Maarif və Təbliğat nazirliklərinin, qəzetlərin baş redaktorlarının və məktəb müəllimlərinin başlıca vəzifəsi məhz budur».
  • Novruzhar citeratför 6 år sedan
    Sevgi dominoya bənzəyir: yıxılan birinci daşın arxasınca digərləri də yıxılacaq
  • Azer Aliyevhar citeratför 8 år sedan
    Hər kəsin müqəssir olduğu qapalı cəmiyyətdə
    yeganə cinayət ələ keçməkdir. Oğrular dünyasında
    yeganə ağır günah axmaqlıqdır
  • sophiahar citeratför 3 år sedan
    Çox vaxt elə xoşniyyətli insanların özü yırtıcıya çevrilirlər.
  • sophiahar citeratför 4 år sedan
    Ölüm qeyd dəftərçənizə yazmadığınız yeganə görüşdür.
  • b8468989854har citeratför 4 år sedan
    Hər şey müvəqqətidir və hər şey satılır. İnsan da digərləri kimi istifadəyə yararlılıq müddəti olan əmtəədir.
  • Xuraman Memmedovahar citeratför 4 år sedan
    Bütün tapşırıqları təcrübəçiyə ÖTÜR: elə ki gördün iş uğur qazanır, şöhrəti öz adına çıxarsan; müvəffəqiyyətsizlik astanada durduğu təqdirdə işdən qovulan o olacaq.
  • Xuraman Memmedovahar citeratför 5 år sedan
    Bütün bu süni kabusu sən arzulamamısan. Sürətlə hərəkət edə bilməyən bu avtomobilləri də sən istehsal etməmisən (2050-ci ildə planetimizdə 2,5 mlrd. «qutu» olacaq). Lakin sən dünyanı yaxşı tərəfə dəyişmək üçün də əlini ağdan qaraya vurmamısan. Bibliyadakı on əmrdən birində belə deyilir: «Özünə büt seçmə, nə də onların bənzərini... və onlara təzim etmə». Sən isə hamı kimisən, hamı kimi ölümcül günaha bulaşıb, cinayət üstündə yaxalanmısan. İlahi cəza hər kəsə agahdır: o, yaşadığın cəhənnəmdir.
  • Novruzhar citeratför 6 år sedan
    yalanın bitdiyi yerdə heç də həmişə həqiqət başlamır. Ayıq olun: bir yalanın arxasında digər yalan gizlənə bilər.
fb2epub
Dra och släpp dina filer (upp till fem åt gången)