bookmate game
az
Qreqori Samak

Sirr kitabi

Berätta för mig när boken läggs till
För att kunna läsa den här boken överför filer i EPUB- eller FB2-format till Bookmate. Hur laddar jag upp en bok?
Əgər tarixi, müqəddəratınızı dəyişmək imkanınız olsaydı, nəyi dəyişərdiniz? — Qreqori Samakın “Sirr kitabı” oxucuya bu sualla müraciət edir. Əsərdəki hadisələr günümüzdə cərəyan edir. Elias Ayn tənha, müdrik qocadır, “yaşıdlarının əksəriyyəti kimi, onun da öz vərdişləri və həyatı kifayət qədər dolğun yaşamadığına dair dumanlı təəssüratları var”. Təqaüd yaşına çatanda, “ömrünü dinclik içində yaşamaq, taqətdən düşmüş vücudunun, nəhayət ki, ona xain çıxacağını və ölüm vədəsinin yetişəcəyini gözləmək üçün” Avstriyanın Braunau-am-İnn şəhərciyinə köçərək tənhalığa çəkilir. Lakin təzə evində nəhəng yeraltı kitabxananı kəşf etdikdən sonra maraqsız, tənha həyatı qeyri-adi hadisələr burulğanına çevrilir. Və Elias tənha qocadan tarixin gedişatını dəyişə bilən, zamanda və məkanda səyahət edə bilən bir insana çevrilir.
Özündə həmçinin fantastik elementləri birləşdirən bu roman Qreqori Samakın ilk əsəridir. Yazıçı belə deyir: “Bu əsər insanlığa öyüd vermək niyyətindən tamamilə uzaqdır. O, insanın taleyi ilə bağlı suallara toxunur. Bəzi tarixi hadisələr yaddaşlardan silinəndən sonra bizi nə gözləyir? Axı hazırda biz unutqanlıq prosesini yaşayırıq”.
Den här boken är inte tillgänglig just nu
145 trycksidor
Upphovsrättsinnehavare
Qanun Nəşriyyatı
Har du redan läst den? Vad tycker du om den?
👍👎

Intryck

  • Naz Rzadeh 🇦🇿⚜delade ett intryckför 8 år sedan
    👍Värt att läsa
    🔮Oanat djup
    🎯Givande

    Bu əsər çox maraqlı hiss oyadır və onun təsirinə qapılıb gedirsən.Eliasın qocalıb əldən düşüb, təqaüdə çıxması onu tamamilə ayrı bir yerə, başqa köhnə bir evə gətirib çıxarır. Və bununla da həyatı demək olar ki, tamamilə dəyişir.Kəşf etdiyi yeraltı dünya onu tarixdə bəzi səhvləri silməyə təhrik edir.Sirli kitabla yeniliklər etməyə çalışarkən çoxlu macəralarla qarşılaşır və yeni həyatlarla tanış olur.Və sən də onunla birlikdə tamamilə başqa,maraqlı və fantastik həyatlarla tanış olursan...

  • Muju Hemidovadelade ett intryckför 4 år sedan
    👍Värt att läsa
    🔮Oanat djup
    🚀Sidvändare

    Çox maraqlıdır.Heqiqeten düşünməyə vadar edir .Biz öz keçmişimizi dəyişə bilsəydik nələri dəyişərdik?😊😉😍👌📖perfect work

  • Aytac Qafarzadedelade ett intryckför 4 år sedan
    👍Värt att läsa

    Çox təsirli kitabdır.
    Hadisələrin təsviri o qədər real idi ki sanki həmin hadisələrin içində hiss edirsən özünü...

Citat

  • Şəfiqə Babayevahar citeratför 8 år sedan
    — Deməli, siz ölməkdən qorxmursunuz?
    Elias gözlərini qaldırıb gənc vəkilə baxdı. Üzündə insansevərliyi ehtiva edən təbəssüm vardı, o, pıçıltıyla cavab verdi:
    — Doğulmaqdan qorxmuşdunuz?
  • Svkt Xvahar citeratför 5 år sedan
    Belə deyək, fikirləşirəm ki, yaradılmışlar varsa, mütləq bir Yaradan da olmalıdır.
  • Elmin Seyfəddinlihar citeratför 7 år sedan
    Tomas sonralar naməlum bir səbəbdən hafizəsində həmişəlik həkk olunacaq cümlənin altını cızdı: “Hətta əgər yer üzündə, haradasa, məkrlə bəd əməllər törədən pis insanlar olsaydı və əgər hətta onları təcrid etmək, onları məhv etmək kifayət etsə idi... Lakin xeyirlə şər arasındakı sərhəd hər bir insanın ürəyindən keçir. Kim öz ürəyinin bir parçasını öldürmək istəyər?”

I bokhyllorna

fb2epub
Dra och släpp dina filer (upp till fem åt gången)