bookmate game
Qurban Səid

Altunsaç

Berätta för mig när boken läggs till
För att kunna läsa den här boken överför filer i EPUB- eller FB2-format till Bookmate. Hur laddar jag upp en bok?
  • Vusala Mammadovahar citeratför 7 år sedan
    Dərgi variantında əsərin baş qəhrəmanının adı Asiadeh getmişdir (bundan sonra isə Asiyadeh). Müəllifin bu adı seçməsinin səbəbi indiyə qədər heç bir qaynaqda göstərilməmişdir və bizə elə gəlir ki, Qurban Səid onu heç də təsadüfi seçməmişdir, əksinə, baş qəhrəmana Asiyadeh adını qoymaqla dilçilikdə, eləcə də ədəbiyyatşünaslıqda geniş yayılmış «danışan ad» ədəbi «fəndindən» bacarıqla yarınmışdır.
    Bəllidir ki, bədii əsərlərdə bəzən adlar danışır, yəni ad müəyyən məna daşıyır və o, obrazın xarakteri barədə oxucuya ilkin işarə verir. Bu cür danışan adlara biz Azərbaycan ədəbiyyatında bir qayda olaraq satirik əsərlərdə və komediyalarda (Bərbərzadə, Maral, Zülümov) rast gəliriksə, Avropa ədəbiyyatında, o cümlədən alman dilli ədəbiyyatda belə fəndə ciddi romanlarda da tez-tez təsadüf olunur. Məsələn, Hans Falladanın «Təklər təklənər ölər» romanında çuğul obrazının adı Klebs («Tutqal, Yapışqan»), xeyirxahlıq timsalı olan qəhrəmanın adı Fromdur («Mömin, Saleh»).
    Məhz Qurban Səid də əsərinin baş qəhrəmanına Asiyadeh adı verərkən müəyyən məqsəd güdmüşdür. O, Azərbaycan dilinin sözdüzəltmə modelindən məharətlə yarınaraq «Asiya» xüsusi ismindən və «deh» şəkilçisindən «cavabdeh» sözünün qəlibi ilə yeni bir xüsusi isim yaratmışdır: Asiyadeh, yəni Asiyanın təmsilçisi, Asiyanın daşıyıcısı. Zira alman dilində «Asiya» qitəsinin adı „Asien“ (deyimi: Azien), «asiyalı» məfhumunu bildirən söz isə „Asiafdır” (deyimi: aziat).
    Baş qəhrəmana müəllifin Asiyadeh adını verməsini biz təsadüfi saymırıq ona görə ki, Asiyadeh bütün əsər boyu Asiyanın təmsilçisi, daşayıcısı kimi çıxış edir, bu mədəniyyətin, bu mentalitetin uğurları ilə öyünür, uğursuzluqlarına məyus olur, göz yaşı axıdır.
  • Vusala Mammadovahar citeratför 7 år sedan
    Cəsarət gəncliyin üstünlüyüdür
  • Vusala Mammadovahar citeratför 7 år sedan
    «Doğuya xas olan şeylərdə Yaradan üstündür, Batıya xas olanlarda isə yaradılan. Sənətçinin çabası hər bir olayda Yaradanı aramağa yönəlməlidir».
  • Əsli Musayevahar citeratför 5 år sedan
    İnsan taleləri sirli şəkildə bir-birinə calanıbdır. Olayın ölümsəlləri birləşdirən ovsunlu həlqəsi qitələr və dənizlər üzərindən keçir.
  • Gunel Eldarzadehhar citeratför 7 år sedan
    «Qaçayaq» sözünü fransız və latın dillərindən kalka etmişik və onu deyimi dilimizdə ağırlıq törədən «velosiped» sözünün yerində işlədirik, beləki «velosiped» də ilkin dildə əslində «qaçan ayaq, iti ayaq» deməkdir. Müq. et: lat.: «velox» (iti) + «pes» (ayaq).
  • Gunel Eldarzadehhar citeratför 7 år sedan
    «Bəxt» ərəb sözünün türk sinonimi «sur» («Surun yerisin!» alxışı ilə müqayisə et) sözündən düzəldib «xoşbəxtliyin» əvəzində işlədirik.
  • Gunel Eldarzadehhar citeratför 7 år sedan
    ]
    «Kayzer» - Roma sərkərdəsi Yuli Sezarın soyadından. Müxtəlif dillərdə çeşidli formada işlədilir: qeysər, kayzer, kesar. Buradan da «qeysər kəsiyi». Alman dilində ə monarxiya üsul-idarəsində «padşah», «şah» anlamında ən yüksək titul, san.
    [
  • Gunel Eldarzadehhar citeratför 7 år sedan
    Burda yayılan dünya heç də pis deyildi, bəlkə də ümumiyyətlə pis və yaxşı dünya yoxdur. Hər dünya öz insanlarını xoşbəxt edə bilərdi. Lakin dünyaların hamısı başqaba şqa idi, zamanın ilkin başlanğıcından bir-birindən ayrı, kəndi özümlülüyündə möhkəm və qoparılması mümkün olmayan dərin köklərlə.
  • Vusala Mammadovahar citeratför 7 år sedan
    Ümumiyyətlə Əsəd Bəy yaradıcılığında coğrafi məkanların təsviri xüsusi araşdırma obyekti ola bilər, zira yazıçı gördüyü yerin sözlü peyzajını çəkməkdə mahir bir ustad təsiri bağışlayır. Ancaq o yerdə ki özü olmayıb, həmin məkanları sadalamaqla, adını tutub keçməklə kifayətlənir.
  • Vusala Mammadovahar citeratför 7 år sedan
    Mentalitet uyuşmazlığı özünü öncə ailəyə, qadına, sevgiyə münasibətdə göstərir.
fb2epub
Dra och släpp dina filer (upp till fem åt gången)