Erix Maria Remark

Zəfər Tağı

Berätta för mig när boken läggs till
För att kunna läsa den här boken överför filer i EPUB- eller FB2-format till Bookmate. Hur laddar jag upp en bok?
Tanınmış alman yazıçısı Erix Maria Remarkın “Zəfər tağı” romanı antifaşist mövzuda yazılmış ən yaxşı əsərlərindəndir. Müəllif cərrah Ravikin şəxsində faşizmin vətəndən didərgin saldığı qaçqınların acınacaqlı həyat tərzini, faciəli taleyini ustalıqla təsvir edir. Dünyagörüşündə və həyata baxışındakı ziddiyyət və bədbinliyə baxmayaraq, Ravik inamını itirmir, təkbaşına da olsa, faşizmlə mübarizə aparır.
Yazıçı öz qəhrəmanlarının mürəkkəb daxili aləmini məharətlə aça bilmişdir. Əsər ölkələrə, xalqlara fəlakət gətirən faşizmə qarşı dərin nifrət hissi oyadır.
Den här boken är inte tillgänglig just nu
510 trycksidor
Upphovsrättsinnehavare
Qanun Nəşriyyatı
Har du redan läst den? Vad tycker du om den?
👍👎

Intryck

  • Elnur Ibrahimdelade ett intryckför 4 år sedan

    Müharibədə ən çox zərər çəkənlər, heç vaxt müharibə istəməyən adamlar olur.

  • Sahiledelade ett intryckför 7 år sedan
    👍Värt att läsa

    İnsanlar niyyət eləməkdə ustadırlar, ancaq onu həyata keçirəndə zəif olurlar. Bizim bədbəxtliyimiz də elə bundadır

  • Rüzgar Mövsümdelade ett intryckför 8 år sedan

    Daxilimdə fırtınalar yaradan əsərlərdən biri də sevimli yazıçım - Erix Maria Remarkın “Zəfər tağı” romanıdır. Mən deyərdim – bu roman XX ci əsrin ən gözəl və ən kədərli əsərlərindəndir. Bu roman - sevgi, müharibə və ölüm haqqındadır. Bu roman – İkinci dünya müharibəsinin dəhşətləri fonunda həyatında ani həzzlərdən başqa heç bir şeyi və heç bir kəsi olmayan zavallı, gözəl və zərif Joan Madoyla humansitliyinə görə sevgilisini faciəvi şəkildə itirən, illərlə siyasi təqiblərə məruz qalan cavan bir kişinin, ümidsiliklər və qorxular içində yaşamağına baxmayaraq, çəkdiyi iztirablara rəğmən daxilindəki kişilik zirvəsindən enməyən, alicənablığı və peşəkarlığı heç vaxt unutmayan bir kişinin, Doktor Ravikin sevgi hekayətidir. Bu onların – Raviklə Joanın “zəfər tağı”dır.

    Bu roman faciə ilə bitməli olan sevgi və ehtiras hekayəsidir.

Citat

  • Ülkər Nadirlirhar citeratför 8 år sedan
    Evli kişilərin balaca mehmanxanalarda məhəbbətlərinin coşan vaxtı idi, axşam isə ləyaqətli ailə başçısı kimi evlərinə qayıdırdılar.
  • Rüzgar Mövsümhar citeratför 8 år sedan
    Ölən qızın sağ ayağında nazik, ucuz, saxta qızıldan hazırlanmış zəncir vardı. Belə səfehliyi ancaq zövqsüz, xəyalpərvər cavanlıqda eləmək olardı... Düyməsində «Toujours Charles»1 yazılmış bu zəncir ayağına elə dolanmışdı ki, açmaq olmurdu və Sena çayının sahillərində keçən bazar günlərindən, eşqbazlıqdan, çılğın gənclikdən, Neydəki balaca zərgər dükanından, talvarda keçən sentyabr gecələrindən xəbər verirdi. Və qəflətən gələn ayrılıq, yollarda qalan gözlər, qorxu, qəfil yoxa çıxan Şarl... Haradasa bir mamaça tanıyan rəfiqəsi. Mamaça, üstünə müşəmbə salınmış stol, dəhşətli ağrılar, qanaxma... qan... qarının qorxudan qırışmış sifəti. Başından eləmək üçün onu taksiyə qoyan əllər. Sonra o əzablı-işgəncəli günlər və nəhayət, təcili yardım, xəstəxana, alışıb-yanan tərli ovcunda sıxdığı olan-olmazı – yüz frank və bir də... artıq gec idi...
    Radio xırıldamağa başladı. Kimsə tanqo üstündə qart səslə mənasız sözlər oxuyurdu. Ravik birdən hiss elədi ki, bayaqkı təşrihin gedişini təzədən xatırlayır, hər hərəkətini saf-çürük edir. Bir-iki saat əvvəl olsaydı, yenə nə isə eləmək mümkün idi. Veber zəng elətdirib, ancaq mehmanxanada tapılmayıb. Demək, o, de Alma körpüsünün üstündə dayanıb çaya baxıb, qız da bu arada ölüb.
  • Sahilehar citeratför 7 år sedan
    Həyat, kiminsə hesabına yaşamaq deməkdir. Biz hamımız bir-birimizdən yeyirik. Ancaq insanda, hərdən də olsa, xeyirxahlıq qığılcımı olur, gərək, ona toxunmayasan, qoyasan qala. Yaşamaq çətinləşəndə, o, köməyə gəlir.

I bokhyllorna

fb2epub
Dra och släpp dina filer (upp till fem åt gången)