bookmate game
az
Osho

Tale, azadlıq və ruh. Həyatın mənası nədir?

Berätta för mig när boken läggs till
För att kunna läsa den här boken överför filer i EPUB- eller FB2-format till Bookmate. Hur laddar jag upp en bok?
“Mən özlüyümdə bir sualam. Kim olduğumu bilmirəm, nə etdiyimi, haraya getdiyimi”. OSHO
OSHO Həyatın Əsasları seriası fərdin həyatındakı ən vacib suallara diqqət yetirir. Hər bir kitab zamana meydan oxuyan, müasir araşdırmalar və daxili həyatımıza, varlığımızın təbiətinə aid olan suallara köklənir, şəxsi məna və məqsəd axtarışında həyatın mənası ilə əlaqədar sualları əhatə edir.
“Tale, Azadlıq və Ruh: Həyatın mənası nədir?” kitabı insanla əlaqədar sualları dərin bir şəkildə araşdırır: Ruh varmı? Əgər varsa o nədir? Karma anlayışı nədir? Tale nədir? Azadlıq Nədir? Həyatımızın müəyyən mənası və ya məqsədi varmı?
“Gələcəkdə insanlığın gedişatının çox fərqli formalarda müəyyənləşdiyini görəcəyik. Ən böyük fəlakət nüvə müharibəsi deyil. Bu müharibə insanlığı sadəcə yox edə bilər. Əsl fəlakət psixologiya elmindən gələcək. Bir insanın tamamilə necə idarə edilə bildiyini öyrənəcəklər. Şüurlu olmadığımız üçün əvvəlcədən müəyyən olunm8uş formada davranmağa yönəldilə bilərik”.
“Sən azadsan, amma azad hərəkət məsuliyyət gətirir — bu sənin əsarətindir. Buna istəyirsən əsarət de, gözəl bir kəlimə deyil, istəyirsənsə də məsuliyyət de. Mən elə deyirəm. Müəyyən bir hərəkəti seçirsən, bu sənin azadlığındır. Bu hərəkətin nəticəsi isə sənin məsuliyyətin olacaq.”
Den här boken är inte tillgänglig just nu
192 trycksidor
Upphovsrättsinnehavare
Qanun Nəşriyyatı
Har du redan läst den? Vad tycker du om den?
👍👎

Intryck

  • Şəbnəm Kurbanlıdelade ett intryckför 6 år sedan
    👍Värt att läsa
    💤Trrrrrråååkig!

    Həqiqi olan şeylər, sadəcə, eqo getdikdən sonra ortaya çıxa bilər.Eqo hiyləgər və yalançıdır.Eqo getdiyi zaman, sen orada qalırsan.Eqo orda olduqda isə, sen de orda olduğunu düşünürsən, amma belə deyil.

    *Əslində axıcı deyil dili və OSHO sevdiyim yazıçı da olmadı,amma bir daha kitablarını oxumayacam demirəm.

  • abdullayevanigar4delade ett intryckför 9 år sedan
    👍Värt att läsa

    T

  • Pervane Ceferovadelade ett intryckför 7 år sedan
    👍Värt att läsa

    .

Citat

  • b4266276605har citeratför 8 år sedan
    Heç vaxt təqlidçi olma, hər zaman orijinal ol. Nəyinsə surətinə çevrilmə. Təəssüf ki, bütün dünya buna doğru gedir – hər şey bir-birinə bənzəyir.
    Əgər orijinalsansa, həyat həqiqətən də bir rəqsdir – və sənin həyat yolun özün kimi olmaqdır. Bir-birinin eynisi iki insan ola bilməz, yəni mənim həyat yolum heç vaxt sənin həyat yoluna çevrilə bilməz.
    Öz qəlbinin səsini dinlə – pıçıldayır. Ürək hər zaman sakit və alçaq səslə danışar, qışqırmaz.
    Budda Buddadır, Krişna Krişnadır və sən sənsən. Heç kimdən daha aşağı deyilsən. Özünə hörmət et, daxili səsinə qulaq ver və onun arxasınca get.
    Unutma, səni doğru yola aparacağına zəmanət vermirəm. Dəfələrlə səhv yönləndirəcək, çünki
  • Vadil Sadıqovhar citeratför 9 år sedan
    Öz qəlbinin səsini dinlə – pıçıldayır. Ürək hər zaman sakit və alçaq səslə danışar, qışqırmaz.
    Budda Buddadır, Krişna Krişnadır və sən sənsən. Heç kimdən daha aşağı deyilsən. Özünə hörmət et, daxili səsinə qulaq ver və onun arxasınca get.
    Unutma, səni doğru yola aparacağına zəmanət vermirəm. Dəfələrlə səhv yönləndirəcək, çünki həqiqət qapısına çatana kimi, çoxlu səhv qapılar döyməlisən. Həyat belədir. Əgər birdən-birə doğru qapıya rast gəlsən, onun doğru olduğunu anlaya bilməzsən.
    Nəticə olaraq, heç bir cəhd israf deyil. Bütün cidd-cəhdlər sənin böyüməndəki son nöqtəyə çatmağına töhfə verir. Belə ki, qətiyyətsiz olma, səhv etməkdən bu qədər qorxma. Problemlərdən biri də budur, insanlara səhv etməmələri öyrədildi və onlar o qədər qərarsız, qorxaq və səhv etməkdən ürkək oldular ki, sıxılıb qaldılar. İndi hərəkət edə bilmirlər – birdən səhv nəsə olar deyə qorxurlar. Buna görə qaya kimi oldular: bütün hərəkətlərini itirdilər.
    Mümkün qədər çox səhv et, amma bir şeyi unutma: Eyni səhvi təkrarlama. Beləliklə, böyüyəcəksən. Yoldan çıxmaq azadlığının parçasıdır. Hətta tanrıya qarşı gəlmək ləyaqətin parçasıdır. Bəzən tanrıya qarşı gəlmək çox gözəl olur. İradəli olmağın yolu budur, yoxsa milyonlarla iradəsiz insan var, onlardan biri olardın.
  • b4266276605har citeratför 8 år sedan
    həqiqət qapısına çatana kimi, çoxlu səhv qapılar döyməlisən. Həyat belədir. Əgər birdən-birə doğru qapıya rast gəlsən, onun doğru olduğunu anlaya bilməzsən.
    Nəticə olaraq, heç bir cəhd israf deyil. Bütün cidd-cəhdlər sənin böyüməndəki son nöqtəyə çatmağına töhfə verir. Belə ki, qətiyyətsiz olma, səhv etməkdən bu qədər qorxma. Problemlərdən biri də budur, insanlara səhv etməmələri öyrədildi və onlar o qədər qərarsız, qorxaq və səhv etməkdən ürkək oldular ki, sıxılıb qaldılar. İndi hərəkət edə bilmirlər – birdən səhv nəsə olar deyə qorxurlar. Buna görə qaya kimi oldular: bütün hərəkətlərini itirdilər.
    Mümkün qədər çox səhv et, amma bir şeyi unutma: Eyni səhvi təkrarlama. Beləliklə, böyüyəcəksən. Yoldan çıxmaq azadlığının parçasıdır.

I bokhyllorna

fb2epub
Dra och släpp dina filer (upp till fem åt gången)