bookmate game
az
Fyodor Dostoyevski

İdiot

Berätta för mig när boken läggs till
För att kunna läsa den här boken överför filer i EPUB- eller FB2-format till Bookmate. Hur laddar jag upp en bok?
Böyük yazarın ilk böyük romanı sayılan “İdiot”, Dostoyevskinin insanın daxili problemləri və cəmiyyət qarşısındakı durumunu ən çılpaq şəkildə qələmə aldığı əsərlərindən biridir. 1868-ci ildə tamamlanan “İdiot”un qəhrəmanı, eynilə Dostoyevski kimi epilepsiya xəstəliyinə mübtəladır. Müalicə üçün getdiyi İsveçrədə üç il müalicə aldıqdan sonra Peterburqa əldən düşmüş halda qayıdan Knyaz insanlardan xeyli uzaqlaşdığını və öz iç dünyasına qapandığını hiss edir.
Dostoyevski bu romanıyla ideal bir insan olaraq yaşamanın çətinliklərinə toxunur, ictimai dəyərlərin pozulmasını bütün çılpaqlığıyla göstərir.
Sözün bütün mənalarında dünyanın bütün gəlib-keçmiş zamanlarının ən gözəl psixoloji eşq romanı olan “İdiot”, Dostoyevskiyə xas usta romançılığın ən mükəmməl nümunələrindəndir. 150 ilə yaxın bir müddətdə dünyanın hər yerində təkrar-təkrar nəşr edilən bu kitaba oxucu marağı qətiyyən azalmır, əksinə, daha da sevilərək oxunur.
Den här boken är inte tillgänglig just nu
958 trycksidor
Upphovsrättsinnehavare
Qanun Nəşriyyatı
Har du redan läst den? Vad tycker du om den?
👍👎

Intryck

  • Şəbnəmdelade ett intryckför 7 år sedan
    👍Värt att läsa

    Ən sevdiyim klassiklərdən birincisi. İdiotu ikinci dəfə oxuyuram artiq, möhtəşəm sözü azdi bu əsərə. Heç bir yaziçi insan duyğularını, hisslərini,ruhunda nə baş verdiyini Dosteyevskiy qədər möhtəşəm anlatmayib.
    Axx Dosteyevskiy sənin məhşurluğundan da zəhləm gedir, kimə baxırsan hara baxırsan Dosteyevskiy deyir :)

  • Emil Azizovdelade ett intryckför 6 år sedan

    Bu Dostoyevskinin sayca oxuduğum 3-cü kitabıdır. Öncəliklə deyimki bildiyiniz kimi ən çox sevilən əsərlərindən biridir. Psixoloji maddələrin ağırlıqlı olduğu bir əsərdir. Dostoyevski burda ideal kişi tipini yaratmaq istəmişdir. Kitabı 4 günə bitirdim. Bir çox oxucular əsəri çox səhifəli və obrazlara çox yer verildiyinə görə yarımçıq saxlamışdır. Sevməkdən başqa əlindən bir şey gəlməyən İdiotun simasında Dostoyevskinin özünü qələmə aldığı onların bir çox ortaq xüsusiyyətlərindən bilinir. Qeyd edək ki, yazıçı özü də epilepsiya xəstəliyindən əziyyət çəkib. Knyazın xatirələri əslində Dostoyevskinin xatirələridir. Dostoyevskinin özünün ölümə bir addım qalmış ölüm hökmünün həbslə əvəzlənməsindən əvvəl keçirdiyi hisləri o, Knyaz Mışkinin ağzından çox dəqiqliklə dilə gətirir. Qeyd edir ki, əgər ona yaşamaq şansı verilsəydi, hər dəqiqəsinin qədrini bilər və dəyərləndirərdi. Amma özünün də etmədiyi kimi əsərdəki qəhrəmanı da bunu təkrarlayır. Yazıçı özü də epilepsiya xəstəliyindən əziyyət çəkib. Knyazın xatirələri əslində Dostoyevskinin xatirələridir. Əsərin axıcılığı, hər bir obrazla ətraflı tanışlıq sizə darıxmağa və onlara qarışdırmağa imkan verməyəcəkdi. Roman gözlənilməz və olduqca maraqlı və təsirli sujet xəttinə malikdir. Dostoyevskinin ilk böyük sevgi romanı olan “ İdiot ”u oxumağı sizə məsləhət görürəm.

  • Elmin Seyfəddinlidelade ett intryckför 7 år sedan
    👍Värt att läsa
    🔮Oanat djup
    🎯Givande
    🚀Sidvändare

    Oxuduğunuz zaman müxtəlif duyğular yaşayacaqsınız. Bəzən heç düşünmədiyiniz fikirlərlə qarşılaşacaqsınız. Knyaza əsəbləşdiyiniz anlar da olacaq, onun üçün kədərləndiyiniz, ona yazığınız gəldiyi anlar da. Knyazı tanıdıqca onda, onun hərəkətlərində özünüzün, xarakterinizin hissələrini tapacaqsınız. Sonda isə bu sualla qarşı-qarşıya qalacaqsınız: İdiot kimdir - cəmiyyətmi, yoxsa knyazmı?

Citat

  • Elmin Seyfəddinlihar citeratför 7 år sedan
    Deyilib ki, “öldürmək olmaz”, demək, birisi adam öldürdüyü üçün onu da öldürmək lazımdır?
  • b4331856056har citeratför 6 år sedan
    Totski təmkinlə soruşdu:
    – Axı məgər bu mümkün şeydirmi? Nastasiya Filippovna, siz bunu doğrudanmı ciddi hesab edirsiniz? Nastasiya Filippovna istehza ilə dedi:
    – Canavardan qorxan meşəyə getməz!
  • Elmin Seyfəddinlihar citeratför 7 år sedan
    Doğrudan da, məsəl üçün, bundan da acınacaqlı şey olmaz ki, adam varlı ola, tərbiyəli ailədən, ləyaqətli xarici görkəm sahibi, yaxşı təhsilli ola, sarsaq olmaya, hətta mehriban bir insan ola, eyni zamanda da heç bir istedadı olmaya, heç bir xüsusiyyəti, hətta heç bir qəribəliyi, özünün heç bir xüsusi ideyası olmaya, təpədən-dırnağa qədər “hamı kimi” ola.

I bokhyllorna

fb2epub
Dra och släpp dina filer (upp till fem åt gången)