Mümin Sekman

  • Solnishkagh410har citeratför 2 år sedan
    Beynimizdən almaq istədiyimiz məhsul xoşbəxtlikdirsə, ona xoşbəxtliyi gətirən vasitələri verməliyik.
  • Solnishkagh410har citeratför 2 år sedan
    Duyğu orqanlarımızın həzz verən hisslər yaratması həzz almaq üçün yetərli olsa da, xoşbəxt olmaq üçün kifayət etmir. Bunun üçün bizi xoşbəxt və müsbət şeylərə vadar edəcək düşüncələrə sahib olmalıyıq. Pozitiv düşünmək bunun üçün vacibdir.
  • Solnishkagh410har citeratför 2 år sedan
    Görüntüdən təsirlənmək insanın seçimi olmaqdan əlavə, həm də “yaradılış” etibarilə ən zəif nöqtəsidir.
  • Solnishkagh410har citeratför 2 år sedan
    Görüntüdən təsirlənmək insanın seçimi olmaqdan əlavə, həm də “yaradılış” etibarilə ən zəif nöqtəsidir.
  • Solnishkagh410har citeratför 2 år sedan
    Beynimizə yeni daxil olan məlumat dəqiqləşdirilməyənə qədər
    qonaq münasibəti ilə qarşılanır.
  • Solnishkagh410har citeratför 2 år sedan
    insanlar öyrəndiklərinin təxminən səksən faizini bir sutka ərzində unudurlar.
  • Solnishkagh410har citeratför 2 år sedan
    EYNİMİZİ ÖYRƏNMƏYƏ HAZIRLAMAQ ÜÇÜN
    LAZIM OLAN “İSİNMƏ HƏRƏKƏTLƏRİ” HANSILARDIR?

    Bir çoxumuz beynimizin, sadəcə, üç-beş faizini istifadə etdiyimizi, daha çox faizini istifadə etsək, çox böyük işlər görə biləcəyimizi düşünürük, nədənsə həmişə daxilimizdə “yatan bir divin” olduğuna inanırıq.
    Daxilimizdəki bu divdən beynimizdə də var. Əslində, “div” deyə adlandırdığımız şey “cəmlənmiş beyin gücü”dür. Beynimiz bütün diqqətini bir nöqtəyə cəmləyəndə div kimi güclü olur – necə ki günəşin işığını pəncərə şüşəsi əks etdirir, linza (obyektiv) işığı toplayıb bir ağac yandıracaq qədər yandırıcı güc əldə edir. Dağınıq və diqqətsiz beyin pəncərə şüşəsi kimi gücsüzdür. Bir istiqamətə yönəlmiş beyin gücü isə linza kimi yandırıcı və təsirlidir.
    Beynimizdəki gücü idarə etmək üçün etməli və etməməli olduğumuz qaydalar vardır. Beynimizdəki div bizdən nə istəyir?
    Beyin ondan tam, dəqiq və qısa olaraq nə istənildiyini bilmək istəyir.Daxilinizdəki divin istədiyiniz hər hansı bir işi etməsi üçün əvvəlcə “sifarişlərinizi” tam və dəqiq olaraq verməlisiniz. Yəni ona “mənə yemək üçün nəsə gətir” deməməlisiniz, “mənə hamburger gətir” deməlisiniz. İstədiyiniz nə qədər dəqiq olarsa, beyniniz də sizə o qədər sürətli cavab verəcəkdir.
    Beynimiz rəngarənglik və müxtəliflik tələb edir. Uzun müddət darıxdırıcı bir mövzuyla maraqlansanız, beyninizin gücü zəifləməyə başlayacaqdır. Sıradan, adi, monoton bir işi uzun müddət davam etdirsək, beynimiz yorulmağa başlayar. Beyin əzələ gücü ilə işləmədiyinə görə fiziki mənada yorulmur. Beynin yorğunluğu monotonluqdan qaynaqlanır. İnsanları hipnoz etmək yolu ilə yatırtmaq üçün bir obyektə uzun müddət baxmağa məcbur edirlər. Uzun müddət eyni şeyə baxan beyin yorulur və yuxulu vəziyyətə bənzəyən bir hala düşür. Eynilə bir çox insan da darıxdırıcı və monoton iş gördükləri zaman hipnozda olduğu kimi yavaşlamağa başlayır.
    Beynimiz həm də bizdən məqsəd tələb edir. Beyin gücünü zəiflədən və ya “israf” edən şey həmin beynin sahibinin məqsədinin olmamasıdır. Daxilimizdəki div “istə məndən nə istəyirsən” deyəndə siz də ona “ürəyim heç nə istəmir” desəniz, sizin haqqınızda nə fikirləşər? Beynimiz bu cəhətdən itə bənzəyir, başını qatmaq üçün bacara bildiyiniz qədər uzağa sümük atmalısınız, əks təqdirdə, geri gəlib sizi narahat edər.

    Çox ağıllı, yüksək enerjili insanları xəbərdar etmək istəyirəm: insan beyni ya inşa edib yaradır, ya da istifadəyə yararsız edir. Əgər ona inşa edə biləcəyi bir hədəf verməsəniz, çevrilib sizi məhv edər. Bir qabla dolu kəskin iyli sirkə kimi: onun içərisinə əridəcək bir şey qoymasanız, qaba zərər verər; gücü nə qədər kəskindirsə, o qədər zərər verər. Böyük həvəslə istədiyi bir hədəfi olmayan ağıllı və yüksək enerjili bir çox insanın bütün zəkasının onun zərərinə çevrilməsinin, dərin kədərə, depressiyaya düşməsinin dəfələrlə şahidi olmuşam.
    Bu kitab beynin öyrənmə səviyyəsini tənzimləyir. Hal-hazırda üzərində işlədiyim digər bir kitabımda beynin başqa əlamətləri haqqında araşdırmalar aparıram. İndi isə əsas mövzuya qay
  • Gunelhar citeratför 2 år sedan
    Öyrənmə insanları bərabərləşdirər!
    Öyrənmək – fürsət bərabərliyinin təminatçısıdır; anadangəlmə bəzi bərabərsizlikləri örtmək vasitəsidir.
  • deep weebhar citeratför 2 år sedan
    Fabriklərdə işıqlar sönəndə generator dövrəyə girdiyi kimi, insanda da istək olmayanda iradə gücü meydana çıxmalıdır.
  • deep weebhar citeratför 2 år sedan
    Atı suyun kənarına apara bilərsiniz, amma ona suyu məcburi içirdə bilməzsiniz
fb2epub
Dra och släpp dina filer (upp till fem åt gången)