bookmate game

Fyodor Dostoyevski

Bookmate
10Böcker3Följare
    Bookmatelade till en bok i bokhyllanFyodor Dostoyevskiför 2 år sedan
    Böyük yazarın ilk böyük romanı sayılan “İdiot”, Dostoyevskinin insanın daxili problemləri və cəmiyyət qarşısındakı durumunu ən çılpaq şəkildə qələmə aldığı əsərlərindən biridir. 1868-ci ildə tamamlanan “İdiot”un qəhrəmanı, eynilə Dostoyevski kimi epilepsiya xəstəliyinə mübtəladır. Müalicə üçün getdiyi İsveçrədə üç il müalicə aldıqdan sonra Peterburqa əldən düşmüş halda qayıdan Knyaz insanlardan xeyli uzaqlaşdığını və öz iç dünyasına qapandığını hiss edir.
    Dostoyevski bu romanıyla ideal bir insan olaraq yaşamanın çətinliklərinə toxunur, ictimai dəyərlərin pozulmasını bütün çılpaqlığıyla göstərir.
  • inte tillgänglig
  • Bookmatelade till en bok i bokhyllanFyodor Dostoyevskiför 2 år sedan
    “Karamazov qardaşları” Fyodor Dostoyevskinin ən iri həcmli əsəri və məşhur romanlarından biridir. Yazıçı bu əsərində oxucunun diqqətini mənəvi-fəlsəfi məsələlərə yönəldir. Əsərin personajları — İvan, Aleksey və Dmitri Karamazovlar varlığın ilkin səbəbi və son məqsədləri haqqında mühakimələrlə məşğuldur. Onlar Tanrı və ruhun ölümsüzlüyü məsələsinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər.
    Dünya ədəbiyyatında xristian təfəkkürü təsvirinin ən dərin örnəklərindən olan «Karamazov qardaşları» XX yüzilin ən paradoksal, fəlsəfi və psixoanalitik interpretasiyalarının obyekti olmuşdur.
  • inte tillgänglig
  • Bookmatelade till en bok i bokhyllanFyodor Dostoyevskiför 2 år sedan
    “Cinayət və Cəza” Dostoyevskinin ən gözəl romanlarından biridir (“Prestupleniye i Nakazaniye”). İlk dəfə 1866-cı ildə “Russkiy vestnik” adlı ədəbiyyat jurnalında çap edilib. Bu ro­man Dostoyevskinin katorqa­dan qayıtdıqdan sonra yazdığı ikin­­ci irihəcmli əsəridir. Bununla birlikdə yazıçının püxtələşmə dövrünün ilk böyük romanı sayılır.
    Əsərin oxucunu daim gərginlikdə saxlayan psixoloji süjet xətti var. Dünyanın böyük yazarları bu romanı detektiv janrı­nın şedevri hesab eləyirlər.
    Kasıb Raskolnikov çalışqan və qabiliyyətli olsa da, maddi imkansızlıq ucbatından təhsil aldığı hüquq fakültəsini yarıda buraxmaq məcburiyyə­tində qalır. O, hesab eləyir ki, var-dövlə­tin, pulla nələr eləmək gərəkdiyini bil­məyən, yaramaz, insanlıq ailəsində parazit kimi yer tutan mənəviyyat­sızların əlində ol­ması, o var-dövlətlə cəmiyyətin inkişafına hüdudsuz xe­yir verə biləcək insanlarınsa maddi sıxıntı çəkməsi qətiyyən ədalətli deyil. Bu yanlışlığı düzəltmək üçün Raskolnikov qoca və çox varlı olan sələmçi qarını heç bir şahid buraxmadan öldürür. Kimsənin onu görmədiyini və arxada bir iz qoymadığını bilə-bilə, Raskolnikov sonsuz iztirablara düçar olur. O, artıq in­sanlığını, paklığını itirmiş durumdadır. Saf ürəkli Son­yaya ci­nayətini etiraf edən Raskolnikov bundan sonra polisə təslim olur və cəzasını çəkmək üçün Sibirə katorqaya gedir.
    “Mənim alçaldılmışların xilaskarı, zəiflərin təsəllisi olmaq üçün hər hansı əxlaq qanununu pozmaq kimi hüququm varmı?” romanın qa­yə­sini bu sual təşkil eləyir. Bəs cavab? Cavab da elə bu əsərin özündədir.
  • inte tillgänglig
  • Bookmatelade till en bok i bokhyllanFyodor Dostoyevskiför 2 år sedan
    Söz sənətinin nəhənglərindən biri, rus və dünya ədəbiyyatının klassiki Fyodor Mixayloviç Dostoyevski bu romanı mübaliğəsiz, iki daşın arasında yazıb. Naşir F.Stellovskiylə bağladığı müqaviləyə görə 1866-cı il noyabrın 1-də ona yeni əsər verməli idi. Amma həmin vaxt “Cinayət və cəza” romanını bitirməyə çalışdığından stenoqrafçısı A.Q.Sinitkinanın köməyindən istifadə eləmək zorunda qalır. Cəmi 25 gün ərzində — 1866-cı il oktyabrın 4-dən 29-dək əsəri diktə eləyir və vaxtında nəşriyyata təhvil verir.
    “Qumarbaz” 1863-cü ilin payızında “Ruletenburq” adı altında, həm də hekayə kimi düşünülmüşdü. 1862, 1863 və 1865-ci illərin yayında Almaniyanın cənubundakı Baden-Baden kurort şəhərinə gedən və burada ruletka ilə “xəstələnən”, Apollinariya Suslovayla eşq macəraları yaşayan Dostoyevski yaşantılarını kağıza köçürməyi planlaşdırmışdı. Əsərin qəhrəmanı xaricdə yaşayan rus olmalı idi.
    “…Başlıca məsələ ondadı ki, onun bütün həyat cövhəri, qüvvəsi, dəlisovluğu, cəsarəti ruletkaya sərf olundu. O, qumarbazdı, amma Puşkinin xəsis cəngavəri, sadəcə, xəsis olmadığı kimi, o da adi qumarbaz deyil. O, özünəxas şairdi, bununla belə iş burasındadı ki, öz poeziyasından özü utanır, ona görə ki, risk ehtiyacı onu öz gözlərində nəcibləşdirsə də, bu poeziyanın rəzilliyini dərindən hiss eləyir… “Bütün hekayət ondan ibarətdi ki, o, üçüncü ildi, qumarxanalarda ruletka oynayır…” — Dostoyevski məktublarının birində yazırdı.
  • inte tillgänglig
  • Bookmatelade till en bok i bokhyllanFyodor Dostoyevskiför 2 år sedan
    Fyodor Dostoyevskinin “Yoxsul insanlar” kitabında “Yoxsul insanlar” romanı, “Oxşar”, “Zəif ürək”, “Ev sahibəsi” povestləri, “Cənab Proxarçin” hekayəsi yer almışdır. «Yoxsul insanlar» romanı kiçik məmurun qəlb dünyası haqqında əsərdir. Əsərin əsas hadisəsi Makar Devuşkinlə Varvara Dobrosyolovanın məhəbbət tarixçəsindən ibarətdir. Söhbət eşq macərasından getmir, adi insani, humanitar məhəbbətdən və şəfqətdən gedir. Kimisə sevmək, kiminçünsə yaşamaq insanın əzəli istəyi kimi səciyyələndirilir. Makar Devuşkin artıq qocalmaqda olan, son dərəcə yoxsul və zavallı bir insandır. Varvara Dobrosyolova isə gənc və kimsəsiz bir qızdır. Devuşkinin bu qıza qarşı olan məhəbbətində atalıq qayğısı duyulur. Bu da daxildən gələn mənəvi ehtiyac kimi təzahür edir. Devuşkinin faciəsi, əslində, yoxsulluğun deyil, məhəbbətin faciəsidir, sevən ürəyin məğlubiyyətidir. “Oxşar” povestində iddialara və sosial ehtiraslara qapılmış kiçik insanın mənəvi iflası təsvir olunmuşdur. “Zəif ürək” povestində qəhrəman sosial mühitin nəticəsi kimi deyil, mənəvi-insani məzmunun daşıyıcısı kimi təsvir olunur. Vasyanın faciəsinin səbəbini onun zəifliyi ilə izah etmək düzgün olmazdı. O özünü öz səadətinə layiq bilmir. Vasya xoşbəxt ikən bütün insanları xoşbəxt görmək istəyir. “Ev sahibəsi” povestinin süjet xətti, xarakterləri və münaqişələri bir qədər mücərrəd şəkildə qurulmuşdur. Zəif ürəklər üçün azad seçim deyilən şey yoxdur, onları dəhşətə gətirən şey məhz azad seçim məsələsidir. “Cənab Proxarçin” hekayəsində Proxarçinin faciəsinin səbəbi onun yoxsulluğunda və cibinin boş olmasında deyil, daha çox onun məhəbbətsiz həyatında və qəlbinin boş olmasındadır.
  • inte tillgänglig
  • Bookmatelade till en bok i bokhyllanFyodor Dostoyevskiför 2 år sedan
    “…Biz artıq çöl qapısına çatmışdıq, mənsə elə hey onun ardınca gedirdim. O, qapını açdı; ani olaraq içəri dolan külək şamımı söndürdü. Bu vaxt birdən onun əlindən yapışdım; lap qaranlıq idi. O diksindi, amma susurdu. Əlinə sarı əyildim, qəfildən əlini hərisliklə öpməyə başladım, bir neçə dəfə, çoxlu-çoxlu öpdüm…”
    Dünya ədəbiyyatının nəhəng simalarından olan Fyodor Dostoyevskinin məşhur “Yeniyetmə” romanı İnsan sevgisinin intizarında olan, həyatda ilk sərbəst addımlarını atmağa çalışan gəncin könül çırpıntıları haqqında kədər və ehtiras dolu hekayətdir.
    Roman həm də Dostoyevski dühasının siqlətini, insan psixologiyasının gizlinlərini duymaq baxımından çox maraqlıdır.
  • inte tillgänglig
  • Bookmatelade till en bok i bokhyllanFyodor Dostoyevskiför 2 år sedan
    «Ölü evdən qeydlər» Dostoyevski yaradıcılığında və dünyagörüşündə dönüş nöqtəsidir. Bu əsəri Dostoyevski onillik fasilədən, Sibir sürgünündən qayıtdıqdan sonra yazmışdır. 1849-cu ildə yazıçı Petraşevskinin dərnəyində iştirakına və orada V.Q.Belinskinin «Qoqola məktub»unu oxuduğuna görə digər sosialist-utopistlərlə birlikdə həbs edilmişdi. Məhkəmə ona dərnəyin fəalları sırasında ölüm hökmü çıxarmış və onun icrasına bir neçə dəqiqə qalmış hökm Çar tərəfindən dəyişdirilərək Sibirə sürgünlə əvəz edilmişdi. Özünün çox da uzaqda olmayan ölüm anlarını yaşayan gənc ədib cəzanın dörd ilini Omsk şəhərinin həbsxanasında, qalan altı ilini isə Sibirdə keçirmişdi.
    «Ölü evdən qeydlər» əsəri yazıçının məhz Omsk həbsxanasındakı həyatını və təəssüratlarını əks etdirir və real faktlar əsasında yazılmışdır. Müdhiş cinayətlər törətmiş məhbuslarla ünsiyyət onun dünyagörüşünə ciddi təsir etmişdir.
  • inte tillgänglig
  • Bookmatelade till en bok i bokhyllanFyodor Dostoyevskiför 2 år sedan
    F.M. Dostoyevskinin «Alçaldılmış və təhqir edilmiş insanlar» romanının əsasında psixoloji realizminin leytmotivi sayılan insan iztirabları, tapdalanmış və təhqir edilmiş şəxslərin faciəsi dayanır, «yüksək cəmiyyət» tərəfindən «kiçik insanlar»a edilən maddi və mənəvi işgəncələr təsvir olunur. Əsərdə ictimai həyatın, ictimai münasibətlərin və insanın mənəvi aləminin bir çox cəhətlərinə toxunulur, bir-birinə zidd olan iki əxlaqi görüş xüsusi olaraq nəzərə çarpdırılır.
    Bookmatelade till en bok i bokhyllanFyodor Dostoyevskiför 2 år sedan
    Romanın baş qəhrəmanı — kimsəsiz və utancaq bir xəyalpərəstdir. Bəyaz gecələrin birində xəyalpərəst oğlan Nastya adlı bir qızla tanış olur, zaman keçdikcə ona vurulur. Amma Nastya ona dost və qardaş gözü ilə baxır. Qız ona keçmiş monoton həyatından, ilk məhəbbətindən və sevdiyi insanın onu necə tərk etdiyindən bəhs edir. Xəyalpərəst oğlan Nastyaya yardım edir, ona mənəvi dəstək olur.
    Oğlanın duyğularını layiqincə qiymətləndirməyə can atan Nastya bir gün onun sevgisinə cavab verməyi qərara alır. Lakin əvvəlki sevgilisi qayıdınca, qız dostunu tərk edir. Oğlan Nastyanı bağışlayır və yenə sevməyə davam edir. Nastya onun həyatının ən parlaq səhifəsidir!
  • inte tillgänglig
  • Bookmatelade till en bok i bokhyllanFyodor Dostoyevskiför 2 år sedan
    F.M.Dostoyevskinin yaradıcılığı rus ədəbiyyatı tarixində özünəməxsus yer tutur, Onun yaradıcılığı insanın özünü dərketmə mədəniyyətini zənginləşdirmiş və dünya ədəbiyyatında realizmin inkişaf etməsi üçün zəngin bir xəzinə olmuşdur.
    Ədib qeyri-adi bir istedada malik idi; o, insan iztirablarına, alçaldılan, təhqirə məruz qalanlara daha çox həssas idi.
    Böyük rus tənqidçisi Belinski deyirdi ki, o, qeyri-adi və bənzəri olmayan bir istedaddır.
    Sizə təqdim etdiyimiz bu kitaba yazıçının «Bəyaz gecələr», «Netoçka Nezvanova», «Dəyyus» və «Utancaq qız» əsərləri daxil edilmişdir.
fb2epub
Dra och släpp dina filer (upp till fem åt gången)